Yuxarı

“Qobu Park”da məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində 31 oktyabr, 1 noyabr tarixlərində humanitar tibbi aksiya keçirilib.

Axar.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyinin təşkil etdiyi aksiya zamanı 300-ə yaxın məcburi köçkün ödənişsiz oftalmoloji müayinədən keçib.

Humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların görmə ilə bağlı problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərmək olub. Müayinəni xəstəxananın müxtəlif oftalmoloji xəstəliklər üzrə ixtisaslaşmış tibbi heyəti aparıb. Müayinə nəticəsində görmə qabiliyyətində problem aşkar edilən məcburi köçkünlərə müalicə təyin olunub, bəzilərinə isə eynək yazılıb.

Məcburi köçkünlər müalicəsi daha çətin olan və cərrahiyyə əməliyyatı tələb edən xəstəliklərin “Dünyagöz”də müalicəsi imkanları barədə məlumatlandırılıb və onlara müvafiq göndərişlər verilib.

Aksiya nəticəsində daha ağır göz xəstəliyi aşkarlanmış məcburi köçkünlərə “Dünyagöz” xəstəxanasında əməliyyat olunmaq üçün güzəşt ediləcək.

Aksiya məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Onlar humanitar aksiyaların keçirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, humanitar aksiyaların məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

Tarix
2018.11.02 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla