Yuxarı

Xərçəngə səbəb olan 4 növ məhsul...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı ildən ilə dayanmadan artır.

Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Mütəxəssislər xərçəng xəstəliyinə səbəb ola bilən 4 qrup qida məhsullarını təyin ediblər.

Axar.az Sağlamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

Şəkərlə zəngin olan qidalar

Şəkərdən sui-istifadə bir çox xərçəng növünün (düz bağırsaq, süd vəzi, sidik kisəsi, mədə, qida borusu və s.) riskini artırır. Şəkərin (qlükoza) orqanizmdə parçalanması xərçəng hüceyrələrinin artması prosesini stimullaşdırır.

Bu tək şəkərə deyil, şəkər əvəzedicilərə də aiddir. Mütəxəssislərin fikrinə görə, şəkər əvəzediciləri şəkərdən qat-qat daha ziyanlı və təhlükəlidir ki, onlardan tam imtina etmək lazımdır.

Lakin şəkərdən tam imtina etmək olmaz. Qlükozanın qanda və beyin toxumalarında konsentrasiyanın aşağı olması sinir toxumasının xərçəngi riskini artıra bilər.

Kolbasa, sosis, vetçina və s.

Ümumdünya xərçəng araşdırması agentliyi bu məhsulları təsdiq olunmuş kanserogen aktivliyinə malik olan məhsullar kimi qiymətləndirir. Kolbasa və s. bu kimi emal olunmuş ətdən hazırlanmış qidaların müntəzəm olaraq istehlakı yoğun bağırsaq xərçənginin riskini xeyli artırır. Həmçinin elmi araşdırmalar göstərir ki, bu məhsullardan sui-istifadə süd vəzi xərçənginin də riskini artırır.

Yağlı məhsullar

Araşdırmalar göstərib ki, çox yağlı məhsulların müntəzəm olaraq istehlakı bağırsaqda və bir çox digər orqanlarda xərçəng şişlərin böyüməsini stimullaşdırır.

Emal olunmuş qidalar, yarımfabrikatlar, yararlıq müddəti uzun olan qidalar

Müxtəlif hazır qıdalar (şirniyyatlar, çipsi, suxarı və s.), şirin qazlı içkilər, dükanlarda satılan pizza, blinçiklər, düşbərə və s. bu kimi yarımfabrikatların istehsalı zamanı çoxlu miqdarda şəkər, duz və süni yağlar (marqarin və s.), konservant, dadlandırıcılar və s. kimyəvi maddələrdən istifadə olunur. Nəticədə bu məhsullar orqanizmə heç bir fayda vermir, əksinə orqanizmi zəiflədir, hüceyrələr səviyyəsində pozulmalar yaradır, müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.

Tarix
2018.12.04 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla