Yuxarı

Nə üçün suyu təkrar qaynatmaq olmaz?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstifadə etdikdən əvvəl suyu mütləq qaynatmaq lazımdır.

Sağlamolun.az-ın məlumatına görə, qaynama prosesi zamanı suda olan ziyanlı mikroorqanizmlər məhv olur ki, bu da suyun təhlükəsizliyini artırır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, suyu yalnız bir dəfə qaynatmaq olar, təkrar qaynatmaq olmaz.

Rusiyalı akademik Yuriy Raxmanin sübut edir ki, təkrar qaynama zamanı suyun tərkibində heç bir faydalı maddə (məsələn, oksigen və s.) qalmır, bu artıq "ölü" sudur.

Amerikalı fizioloq Brenda Deyvinin sözlərinə görə, suyun təkrar qaynadılması zamanı mayenin azalmasına görə onun tərkibində ziyanlı maddələrin konsentrasiyası artır ki, bu da orqanizmə ziyan vura bilər.

Harvard Universitetinin alimləri araşdırmalar zamanı aşkar ediblər ki, suyun təkrar qaynadılması zamanı onun tərkibində ziyanlı maddələr olan arsen və nitratların konsentrasiyası artır. Həmçinin suyun tərkibində olan xlor suyun bir neçə dəfə qaynadılmasından sonra digər maddələrlə reaksiyaya girərək orqanizm üçün ziyanlı birləşmələri əmələ gətirir.

Mütəxəssislərin fikrinə görə, müasir elektrik çaydanlarda qaynadılmış su tam ziyansız hesab oluna bilməz. Belə çaydanlar su qaynamağa başlayan kimi avtomatik olaraq sönür ki, su çox az bir müddət ərzində qaynayır. Bu isə suyun tam təmizlənməsi üçün kifayət etmir. Mütəxəssislər suyu elektrik çaydanlarda deyil, adi çaydanlarda qaynatmağı tövsiyə edirlər.

Tarix
2019.01.15 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla