Yuxarı

Yeməkdən əvvəl 1 stəkan su içsəniz...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suyun kifayət miqdarda qəbulu sağlamlıq üçün ən vacib şərtlərdən biridir. Mütəxəssislərin fikrinə görə, gün ərzində böyüklər 1,5-2 litr su içməlidir.

Sağlamolun.az-ın xəbərinə görə, mütəxəssislər yeməkdən əvvəl mütləq 1 stəkan su içməyi tövsiyə edir.

Qida qəbulundan əvvəl içilən su metabolik prosesləri sürətləndirir, həzm sistemini işə salır. Bu isə qəbizliyin qarşısını almağa kömək edir.

Həmçinin bu sadə qaydaya əməl etməklə bədən çəkisini normada saxlamaq və artıq çəkidən azad olmaq mümkündür. Yeməkdən əvvəl 1 stəkan su içməklə biz iştahamızı azaldırıq və nəticədə daha az yeyirik.

Susuzluğa və aclığa cavabdeh olan zonalar beyində çox yaxın yerləşir və bir çox hallarda insan susuzluq hiss etdikdə bunu aclıq kimi anlayır və yemək yeyir. Əgər 1 stəkan su içdikdən 15 dəqiqə sonra aclıq hissi keçməyibsə, yemək yeyin. Aclıq keçibsə, deməli siz sadəcə susuzluq hiss edirdiniz. Bu artıq qida qəbulunun qarşısını alacaq və arıqlamağa kömək edəcək.

Tarix
2019.01.21 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla