Yuxarı

Psixoloq və psixiatrın fərqini bilməyənlər… - Baş psixiatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telekanallarda təşkil olunmuş verilişlərdə psixoloqların vətəndaşlara tibbi diaqnoz qoyması yolverilməzdir. Onların belə səlahiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, respublikanın baş psixiatrı Teymur Qafarov Medicina.az saytına verdiyi geniş müsahibəsində bildirib.

Baş psixiatr qeyd edib ki, bu gün psixoloqlar ixtiyarları olmayan halda diaqnoz belə qoyurlar:

“Psixiatriya ilə psixologiyanın mütəxəssisləri arasında xeyli fərqlər var. Psixiatrlar heç də cəmiyyətin adlandırdığı kimi, "dəli həkimi” deyil. Psixiatr olmaq üçün digər həkim ixtisasları kimi, əvvəl Tibb Universitetini, sonra isə rezidenturanı bitirmək lazımdır. Psixiatr həkimdir və digər həkim mütəxəssislər kimi, ümumi tibbi qaydalara riayət edir.

Psixoloq isə həkim hesab edilmir. Onlar tibb təhsilli deyil, psixi xəstəliklərlə bağlı diaqnoz qoymaq səlahiyyətləri də yoxdur”.

T.Qafarov bildirib ki, psixoloqlar həkim-psixiatrların qoyduğu diaqnozu müzakirə edə bilməz:

“Təəssüf ki, bu gün psixoloqlar ixtiyarları olmayan halda diaqnoz belə qoyurlar. Şəxsən özüm şahid olmuşam, bizim bəzi telekanallarda təşkil olunmuş verilişlərdə psixoloqlar tərəfindən ayrı-ayrı vətəndaşlarımıza tibbi diaqnozlar qoyulub. Hətta həkim-psixiatrların qoyduğu diaqnoz, təyin etdikləri müalicəni belə səlahiyyətləri olmadıqları halda müzakirə edirlər. Psixoloqların yol verdiyi bu davranışlar qəbuledilməzdir”.

Tarix
2019.02.12 / 11:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla