Yuxarı

“Fikir şənbəsi”ndə dərmansız müalicə üsulları təqdim olundu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti "Fikir şənbəsi" klubunun qonağı Azərbaycan Tibb Universitetinin nevrologiya və tibbi genetika fakültəsinin dosenti, İnsultla Milli Mübarizə Assosiasiyasının (İMMA) sədri Dilarə Mahmudova olub.

Axar.az xəbər verir ki, müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi görüşdə "Beyin və beyindaxili funksiyalara müasir baxış" mövzusunda müzakirələr aparılıb.

İMMA-nın sədri beyin xəstəliklərinin qarşısının alınmasının üsullarından danışıb, vacib profilaktik tədbirləri sadalayıb, dərmansız müalicə metodlarından bəhs edib.

Tələbələrin suallarını cavablandıran D.Mahmudova deyib ki, insan öz orqanizmini dəqiq öyrənib tanıya bilsə, xəstəliklərdən uzaq ola bilər.

Xəstəliklərlə dərmansız mübarizə üsullarını əks etdirən slayd nümayişindən əvvəl və sonra həkim tələbələr arasında sorğu keçirib. Sorğunun nəticələrindən belə məlum olub ki, insanlar öz orqanizminin tələbatı barədə az və yanlış informasiyalara malikdirlər. D.Mahmudova auditoriyanın tibbi biliklərini zənginləşdirmək məqsədi ilə onları mütəmadi treninqlərə dəvət edib.

Tarix
2014.11.29 / 16:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla