Yuxarı

"Azercell"in mobil klinikalarında 10 000 insan müayinə edildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il oktyabr ayının ikinci cümə axşamı “Ümumdünya Görmə Günü” kimi qeyd olunur. Bu günün təqvimdə xüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çox vacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Axar.az xəbər verir ki, Azercell Telekom MMC öz fəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlı təşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. "Azercell" tərəfindən 2011-ci il, iyun ayının 1-də, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə yaradılan “Mobil Göz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır. Klinika valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədilə fəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburi köçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan "Azercell", 2009-cu ildə yaratdığı “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Hər iki klinika fəaliyyətləri boyunca 10 000-dən çox insanı müayinədən keçirib.

Xatırladaq ki, fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan və texnoloji aləmin ən son trendlərini abunəçiləri üçün daha da əlçatan edən Azercell Telekom MMC cari ilin iyul-avqust ayları ərzində respublikamızın 30-a yaxın bölgəsində səfərdə olub. Layihəyə qoşulan "Azercell"in “Mobil Göz” və “Mobil Diş” klinikaları bu müddət ərzində 350-dən çox insana ödənişsiz tibbi yardım göstərib.

Məlumat üçün bildirək ki, bütün müayinə və müalicə tədbirləri "Azercell"in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.10.10 / 16:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla