Yuxarı

Əsaslı təmir olunan doğum evi bu haldadır – Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon Mərkəzi Xəstəxanasının nəzdində yerləşən Doğum evi və mamalıq şöbəsinin acınacaqlı vəziyyətdə olduğunu göstərən foto yayılıb.

Axar.az xəbər verir ki, fotonu Feysbuk sosial şəbəkəsində "Salyan is the first" səhifəsi bu başlıqla paylaşıb: "Körpələrin dünyaya göz açdığı məkan... Salyan Doğum evi. Halbuki, bir körpə 300-500 manata başa gəlir. Hələ əlavələri demirik..."

Salyan rayon Mərkəzi Xəstəxanasının Doğum evi və mamalıq şöbəsindən çəkildiyi iddia edilən fotoda çirkli vəziyyətdə olan otaqların təmirsiz və istifadəyə yararsız olduğu görünür.

Xatırladaq ki, Salyan Mərkəzi Xəstəxanasının hazırda yerləşdiyi bina 1972-ci ildə istifadəyə verilib, 6 il əvvəl - 2008-ci ildə isə əsaslı təmir olunub. Xəstəxana 248 çarpayılılıq 9 şöbədən (Qəbul şöbəsi, Terapiya şöbəsi – 50 çarpayılıq, Cərrahiyyə şöbəsi – 30 çarpayılıq, Yoluxucu xəstəliklər şöbəsi – 20 çarpayılıq, Anestezioloq-Reanimasiya şöbəsi – 18 çarpayılıq, Kardioloji şöbə – 30 çarpayılıq, Doğum evi və mamalıq şöbəsi – 50 çarpayılıq, Oftalmoloji şöbə – 15 çarpayılıq) ibarətdir.

Tarix
2015.01.26 / 10:22
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ və Ermənistan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla