Yuxarı

ÜST-dən Azərbaycandakı körpə ölümləri ilə bağlı şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-dən Azərbaycandakı körpə ölümləri ilə bağlı şok

İqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasına aid edilən Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələrdə körpə ölümü əmsalı (hər 1000 diridoğulan arasında) 9-10 səviyyəsindədir. Amma Azərbaycanda bu göstərici 19-dur.

ÜST rəsmisi Azərbaycanda ana ölümü göstəricisinin də iqtisadi inkişaf səviyyəsi orta və yüksək olan ölkələrlə müqayisədə yüksək olduğunu bildirib:

"Əgər problemlərin səbəbləri bilinərsə, onun qarşısı alına bilər. Ana doğuş zamanı qanaxmadan ölməməlidir. Əgər bir ana qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

H.Harmancının sözlərinə görə, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir.

Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı bildirib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.

Tarix
2019.10.30 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla