Yuxarı

Qadınların kabusuna çevrilən bu xəstəliyə kişilər də tutulur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınların kabusuna çevrilən bu xəstəliyə kişilər də tutulur

Adətən qadın xəstəliyi kimi bilinən süd vəzisinin xərçəngi Türkiyədə kişilər arassında da yayılmağa başlayıb. Təkcə bu il ərzində Türkiyədə 500-dən çox kişidə bu xəstəlik aşkarlanıb. Həkimlər artıq həyəcan təbili çalmağa başlayıblar. Bəs Azərbaycanda vəziyyət necədir? Görəsən, bizdə də kişilər arasında bu xəstəliyə tutulanlar varmı?

Axar.az xəbər verir ki, bu barədə onkoloq Samir Hacıbabayev “Yeni Sabah”a danışıb. O bildirib ki, ölkəmizdə də bu xəstəliklə bağlı kişi arasında artım müşahidə edilir. “Azərbaycanda kişilər arasında süd vəzisinin xərçəngində nisbətəna artış var. Son zamanlar kişilərdə anabolik dərmanlar və preparatlar qəbul edirlər, xüsusən də idmançılar. Bəzi pasiyentlər sonsuzluq üçün hormonal dərmanlar qəbul etdiyi üçün onlarda süd vəzisində rüşeym halında toxuma olur. Daha sonra həmin toxuma inkişaf edir və orada xoşagəlməz hallar baş verir”.

Həkim həmçinin kişilərə bədənlərində bu hallara rast gəldikdə mütləq həkimə müraciət etmələrini məsləhət görür: “Hər iki sinədə böyümə ola bilər. Əvvəlcə hər iki tərəfdə böyümə olur. Daha sonra isə tərəflərdən birində sərtləşmə başlayır. Lakin bu proses əksər vaxt bir tərəfli olur. Nadir hallarda ikinci tərəfə də yayıla bilər. Qoltuqaltında kiçik limfa düyünləri böyüyə bilər, qol şişə bilər. Son və ya sağ qolda ağrı ola bilər. Ağrı çiyin bölgəsinə də yayıla bilər”.

Tarix
2019.11.15 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla