Yuxarı

Zob xəstəliyi olanların - Diqqətinə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zob xəstəliyi olanların - Diqqətinə

Sitrus meyvələrindən olan feyxoa ağacı hündürlüyü 6 metrə çatan həmişəyaşıl, alçaq gövdəli bitkidir. Mənfi 16 dərəcəyə qədər temperatura davam gətirir. Əkiləndən üç il sonra meyvə verməyə başlayan ağacın məhsulu çiçəkləmə dövründən dörd-beş ay sonra yetişir və yığılır.

Axar.az xəbər verir ki, Braziliya təbiətşünası Joao da Silva Feyxo ilk dəfə feyxoanı XIX əsrdə yetişdirib və meyvə adı onun şərəfinə verilib. Qərbi Paraqvay və cənubi Braziliyada təbii halda yetişir. Ölkəmizdə onu Lənkəran və Astara rayonlarında yetişdirirlər.

Feyxoanın insan sağlamlığı üçün çox faydası var, ondan dərman kimi də istifadə olunur. Feyxoanın tərkibində olan S vitamini soyuqdəymə zamanı və qrip epidemiyalarında əvəzolunmaz vasitədir. Onun tərkibində olan dəmir, selen, maqnezium maddələri orqanizmin bir sıra funksiyalarında müsbət rol oynayır.

Onun tərkibində suda həll olunan yod birləşmələrinin olması meyvəyə xüsusi özəllik verir. 1 kiloqram feyxoanın tərkibində 2 milliqramdan 10 milliqrama qədər yod var. Ona görə də yod çatışmazlığı xəstəliyindən əziyyət çəkənlər ondan istifadə etməlidirlər. Zob xəstəliyi olanlar üçün feyxoanı yemək və şirəsini içmək çox faydalıdır.

Feyxoanın lətinin ağ olması meyvənin tam yetişmədiyini göstərir. Lətin tünd və ya açıq qəhvəyi rəngdə olması isə onun xarab olmasına işarədir.

Feyxoanın xüsusilə qabığında olan fenol birləşmələri antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliyinin profilaktikası üçün olduqca vacib olan maddələrdir. Soyuqdəymədən əziyyət çəkənlərə feyxoadan hazırlanmış çay içmək məsləhətdir. Feyxoa arterial təzyiqin tənzimlənməsinə və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa da kömək edir

Feyxoadan zəhərlənmə riski böyükdür. Tərkibində şəkərin miqdarı çox olduğuna görə diabet və piylənmədən əziyyət çəkənlərə feyxoa yemək məsləhət görülmür. Körpə uşaqlara da onun verilməsi düzgün deyil.

Tarix
2019.11.22 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla