Yuxarı

Şaxtalı havanın orqanizmə - Faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şaxtalı havanın orqanizmə - Faydaları

Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür, bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.

Axar.az Medicina.az-a istinadən şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:

Piylənmə

Artıq çəkil insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.

Baş ağrısı və miqren

İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq.

Hipotoniya

Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.

Piy vəzilərinin fəaliyyəti

Yağlı dəriyə malik insanlar isti havadansa soyuqda daha tez-tez gəzintiyə çıxmalıdırlar. Şaxtalı hava epidermisi qurudaraq çivzə, akne və sızanaqların yaranmasının qarşısını alır.

Stresslə mübarizə

Qışın gəlişi ilə günlə qısalır və gecələr uzanır. Məhz bu amil də bir çox insanlarda depressiyanın yaranmasına səbəb olur. Amma alimlər şaxtalı havanın orqanizmdə "xoşbəxtlik hormonu” olan serotoninin və endorfinin sintezinin sürətləndirdiyini bildirirlər. Hətta 30 dəqiqəlik gəzinti sinir sistemini gücləndirir, qorxu və həyəcan hissini aradan qaldırır, iştahanı açır, əhvalı yüksəldir.

İmmunitetin möhkəmlənməsi

Bir çoxları elə düşünürlər ki, soyuq hava xəstələnmənin əsas səbəbidir. Lakin bu belə deyil. Əksinə olaraq soyuq hava orqanizmin qoruyucu funksiyalarını daha da gücləndirir. Buna görə də şaxtalı havada ağızı və burunu qapalı bir şəkildə gəzmək və nəfəs almaq sizin xəstəliyə yoluxmağınıza yox, bədəninizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Tarix
2020.02.03 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

İlham Əliyev Ermənistandakı bu sammitdə iştirak etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla