Yuxarı

Ətirli çayların inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ətirli çayların inanılmaz faydaları

Ətirli çay süfrədə ən çox içilən və sevilən nemətlərdən biridir. Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ləziz dadı və qoxusu ilə yanaşı faydaları da çox olan həmin çaylar əsəbləri sakitləşdirir, stressi azaldır.

Axar.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov bu barədə deyib:

“Ətirli çayların orqanizmə təsiri qara çaylarla eynidir. Tərkibində 300-dən çox mineral maddələr olduğuna görə gərginliyi aradan qaldırır, zehni sakitləşdirir. Lakin onların bir sıra mənfi xüsusiyyətləri var. Məsələn, mədə və qaraciyər xəstəliyindən əziyyət çəkənlərin, bağırsağında qum və daş olanlara ətirli çay içmək məsləhət görülmür”.

Aromatizasiya üsulu və dərəcəsindən çox şey asılıdır. Bu, çayların dadını və qoxusunu tənzimləməkdə böyük rol oynayır. Ətir verən komponentlərə meyvələr, çiçək ləçəkləri, otlar, sitrus bitkilərinin qabığı, ətriyyat, şokolad, bal və s. daxildir.

Ətirli çayları saxsı qablarda dəmləmək lazımdır. Dəmləmə zamanı köpük yaranması efir yağlarının buxarlanmağının və çayın düzgün dəmlənməsinin göstəricisidir.

Tarix
2020.02.07 / 02:04
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla