Yuxarı

Türk gəncin həyəcan dolu videosu: Virus niyə tüğyan edir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk gəncin həyəcan dolu videosu: Virus niyə tüğyan edir?

İtaliyada biologiya üzrə təhsil alan və orada yaşayan türk gəncin paylaşdığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Axar.az xəbər verir ki, türkiyəli gənc İtaliyada bu virusun yayılma səbəblərini izah edib. Bildirib ki, koronavirusla bağlı ilk yoluxma halları ortaya çıxandan sonra İtaliya hakimiyyəti məktəblərdə tətil elan edib və müəyyən önləyici tədbirlər alıb. Amma insanlar bunu fürsət bilərək, övladlarını da yayına alıb kafe və restoranları, ticarət mərkəzlərini gəziblər.

Türkiyəli gəncin sözlərinə görə, hökumətin çağırışına baxmayaraq, insanlar ünsiyyəti kəsmək və evdə qalmaq əvəzinə, bu tətilin “ləzzətini çıxarmaq” üçün görüşləri artırıblar. Nəticədə isə bu ölkədə virus inanılmaz dərəcədə sürətlə yayılıb.

O qeyd edib ki, hazırda hər yer qapanıb, evdən yalnız ailənin bir üzvü ərzaq almaq üçün çıxır. Onlar da “nömrələnib” və marketlərdə onların həmin ərazidə yaşadığını bildirən nömrələnmə əsasında ərzaq ala bilirlər. Əgər bu nömrə yoxdursa, onda karantin qaydaları pozulmuş sayılır və polis müdaxilə edir.

Onun sözlərinə görə, ərzaqla bağlı heç bir problem yoxdur, ancaq hazırda həftədə bir dəfə ərzaq almağa çıxmağı qarşılarına məqsəd qoyublar, bacardıqca evdən çıxmamağa çalışırlar.

Türkiyəli gənc hamıya çağırış edərək, hökumətin qoyduğu yasaqlara ciddi əməl edilməsinə, virusdan qorunmaq üçün insanlarla ünsiyyəti tam kəsməyə çağırıb.

Tarix
2020.03.24 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla