Yuxarı

Azərbaycanlı alimlərdən korona ilə bağlı – Mühüm tapıntı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alimlərdən korona ilə bağlı – Mühüm tapıntı

Azərbaycan Respublikası ərazisində koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən görülən tədbirlər davam etdirilir.

Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiaysından (AMEA) məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində bir qrup Azərbaycan alimi - AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

Tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub.

Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.

Qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiq edilib.

Həmçinin tədqiqatların nəticəsi olaraq proqram təminatı hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Qeyd edək ki, tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikasının müqayisəsi təqdim olunub.

Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin rejiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma dinamikasının proqnozlaşdırılmasını mümkün edir.

Alimlərin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan – məsələn, xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.

Tarix
2020.04.17 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla