Yuxarı

Baldırğanın öd kisəsinə faydaları...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baldırğanın öd kisəsinə faydaları...

Sürətlə böyüməsinə və hündür olduğuna görə İsveç bioloqu Karl Linney baldırğanı qədim yunan mifologiyasının qəhrəmanı olan Heraklın şərəfinə “heraclum sphondylium” adlandırıb. Bitkinin quru zoğlarından fleytanın bir növü olan kalyuki və reynstik kimi musiqi alətləri düzəldilməsində istifadə edilir. Yüksək qida dəyərinə görə baldırğanın zəhərsiz növləri bir çox ölkələrdə quru yem hazırlanmasında, kulinariyada isə bitkinin cavan yarpaq və zoğlarından salat və borşların hazırlanmasında istifadə olunur.

Axar.az xəbər verir ki, baldırğanın tərkibində etil efiri yağı və yağ turşuları var. Əsas komponentini isə sirkə turşusunun oktil efiri təşkil edir və bu keyfiyyətinə görə tibdə tətbiq olunur.

Aparılan tədqiqatlar nəticəsində baldırğan kökünün dəmləməsinin öd kisəsi daşlarını parçaladığı müəyyən edilib. Köklərindən alınan qalen preparatlar və alkaloidlər göbələk əleyhinə təsirə malikdir. Meyvələrindən alınan kumarinlər şiş əleyhinə təsir göstərir. Həmçinin bəlğəmli öskürək, isteriya və epilepsiya tutmaları, sinir, dəri və mədə-bağırsaq xəstəliklərində, əsasən də diareyalarda çox faydalıdır.

Bununla yanaşı, bitkinin fototoksik təsiri də var. Baldırğanın yarpaqları efir yağları ilə zəngindir. Bitkinin bəzi növlərinin şirəsinin tərkibində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə qabiliyyətini azaldan, həssaslığını isə kəskin artıran aktiv furanokumarin maddəsi var. Baldırğan şirəsinə toxunduqda və ya bitkini qırmaq istədikdə dəridə qıcıqlanma, bəzən isə yanıq - fotodermatit yarana bilər.

Tarix
2020.06.26 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla