Yuxarı

Nazirlik araşdırmanı bitirdi: “Bu dərmanları almayın”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhiyyə Nazirliyinin apardığı araşdırma yekunlaşıb. Araşdırmanın nəticəsinə uyğun olaraq nazirlik ölkədə apteklərdə satılan "AzərFarm" LTD şirkətinin istehsal etdiyi "Kalsium xlorid" dərmanının satışına və istifadəsinə qadağa qoyub".

Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Axar.az-ın sözügedən dərman şirkətinin istehsal etdiyi "Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarının etiketinin yalnış vurulması ilə bağlı xəbəriylə əlaqədar aparılan araşdırmanın nəticəsi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, dərmanların əczaçılıq şəbəkəsindən yığılması təmin edilib:

"AzərFarm" LTD şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci ilədək olan "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olunub. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla "AzərFarm" LTD şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub və əczaçılıq şəbəkəsindən yığılmasını tam təmin edib".

Xatırladaq ki, dünən Axar.az "AzərFarm" LTD şirkətinin "Peregidrol" (30 faizlik) və "Kalsium xlorid" dərmanlarının etiketini yanlış vurması ilə bağlı xəbər yaymışdı.

Tarix
2015.04.28 / 14:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla