Yuxarı

Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaksinasiyadan öncə bunlar edilməlidir - Həkim

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev koronavirusla bağlı yaxın zamanda ölkəmizdə aparılması planlaşdırılan vaksinasiya prosesi ilə əlaqədar bir sıra təkliflər hazırlayıb.

Axar.az xəbər verir ki, A.Əliyev peyvəndləmə prosesinə start verilmədən öncə karantin rejiminin ləğv edilməsi, müxtəlif fəaliyyət növlərinin əvvəlki normal iş rejiminə qayıtması üçün vaksinasiyanın nə dərəcə əhəmiyyətli olmasını cəmiyyətə çatdırmaq məqsədilə gün ərzində KİV-də bir neçə dəfə maarifləndirici reklam çarxları, posterlər və s. təqdim edilməsinin vacib olduğunu bildirib:

“Həmçinin KİV vasitəsilə vaksinasiyanı icra edəcək tibb işçilərinin də maarifləndirilməsi məqsədəuyğun olardı. Çünki qısa zamanda və sərt karantin dövründə bu prosesi icra edəcək tibb işçilərini fərdi olaraq öyrətmək qeyri-mümkündür.

Bütün insanların təkcə rəsmi pasport qeydiyyatında olduğu məkan üzrə deyil, həmçinin faktiki yaşadığı əraziyə ən yaxın olan tibb müəssisəsinə yaxınlaşaraq rahat şəkildə peyvənd etdirə bilməsini təmin etmək lazımdır. Əks halda virusun daha da geniş yayılmasına zəmin yarana bilər.

Peyvənd etdirmək istəyən şəxslərdən qanında müvafiq antitellərin olub-olmamasına aid analiz tələb edilməlidir.

Sars-Cov-2 virusuna qarşı peyvənd edilmiş şəxslərə müvafiq arayışın təqdim edilməsini uyğun sayıram”.

Tarix
2021.01.03 / 08:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla