Yuxarı

Ölkəmizdə birinci onlar peyvənd olunacaq - Baş infeksionist

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə birinci onlar peyvənd olunacaq - Baş infeksionist

Artıq dünyanın bir sıra ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Həmin tədbirin yaxın zamanda Azərbaycanda da tətbiq olunacağı gözlənilir. Əksər ölkələrdə vaksinasiyanın birinci mərhələsinə risk qrupuna daxil olanlar cəlb olunub.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, ölkəmizdə də ilk mərhələdə risk qrupunda olanlara peyvənd vurulacaq:

“Risk qruplarını hər bir ölkə özü müəyyən edir. Bunlar ilk növbədə əsasən tibb işçiləri, yaşı 65-dən yuxarı olanlar və bir də uzun müddət xroniki xəstəliklərdən əziyyət çəkənlərdir. Vaksinasiyanın epidemik prosesin qırılmasına təsiri onun kütləvi olduğu halda mümkündür. Ümumdünya Səhiyyə Təşkilatının əvvəlki təcrübəsi göstərir ki, vaksinasiyanın məcburi edilməsi neqativ reaksiyalara səbəb olub. Ona görə də onun könüllülük prinsipi əsasında aparılması daha düzgün yoldur”.

Baş infeksionistin sözlərinə görə, xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir:

“Bunlara xroniki ürək-damar, tənəffüs sisteminin, endokrin sistemi xəstəliklərindən əziyyət çəkənlər və immun çatışmazlığı olanlar aiddir. Onlar yoluxduqları halda xəstəliyin ağırlaşmasının risk qrupundadırlar, bu zaman fəsadlaşma və ölüm halları da baş verə bilər.

Vaksinlər öldürülmüş və zəiflədilmiş mikroorqanizmləri, yaxud onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiyanın aparılmasının məqsədi əhali arasında kollektiv immunitetin yaranmasına nail olmaqdır. İstər təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan immunitet əhalinin çox hissəsini təşkil edərsə, epidemik proses tez bir vaxtda başa çata bilər”.

Tarix
2021.01.12 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla