Yuxarı

TƏBİB rəsmisindən vaksinlə bağlı mühüm - Açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB rəsmisindən vaksinlə bağlı mühüm - Açıqlama

Bu gün test verməyən, xəstəliyin mərhələsindən asılı olmayaraq virusa yoluxanların sayı bu gün elan olunan rəqəmlərin iki qatı qədərdir. Vaksinasiya lazımdır ki, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaldaq. Bu gün xəstəliyi ağır keçirənlərin sayı yetəri qədər çox olur. Bunun qarşısını almaq üçün hər kəs məsuliyyətini dərk etməlidir. Bizim hədəflərimiz uşaqlar, gənclər yox, yaşlılar, xroniki xəstəliyi olanlardır. Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır.

Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Çox adam soruşur ki, vaksini vuran kimi o qoruyurmu, ya ailəsi üçün təhlükəli ola bilərmi? Vaksin vuran kimi insanı qorumur, bu, ümumi vaksinasiya prinsipidir. İnsan orqanizminə yeridilmiş dərmana qarşı bir müddət sonra immunitet yaranır. Uçuşa bir gün qalmış peyvənd vurdurmağın xeyri yoxdur. Peyvəndi vurduqdan sonra da özümüzü qorumağa davam etməliyik. İlk dozanı vurdurduqdan sonra yoluxan insanların xəstəliyi yüngül keçirməsi barədə də fikirlər var. Öz tərəfimizdən prosesə çox ciddi hazırlaşırıq. Elektron qeydiyyat sistemi e-təbib üzərində aparılacaq. Vaksin vurduran şəxs haqqında bütün məlumatlar əks olunacaq", - o bildirib.

Yaqut Qarayeva vətəndaşlara müraciət edərək, karantin qaydalarına riayət etmələrini xahiş edib:

"Virusla mübarizədə hər birimiz əl-ələ verib, çalışmalıyıq. Bu gün İsrail ən çox vaksinasiya edilmiş ölkə olsa belə, orada 3-cü sərt karantin tətbiq edilir. Yenidən sərt karantinə getməmək üçün hər kəs qaydalara əməl etməlidir".

Tarix
2021.01.16 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla