Yuxarı

Türk professor: Bu şəxslər oruc tutmasın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli professor Birol Özər mədə-bağırsaq xəstəlikləri olan insanlara oruc tutmaqla bağlı bir sıra tövsiyələrini verib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, professor bu xəstəliyi olan insanlarin oruc tutmazdan əvvəl həkimləri ilə məsləhətləşməli olduqlarını bildirib.

Professor oruc tutanlarda tutmayanlara nisbətdə qəbizlik, retrosternal yanma, halsızlıq, baş ağrısı və ağırlığın daha çox olduğunu və müalicəyə uyğunlaşma, mədə-bağırsaq şikayətlərində artım və qanaxmanın daha çox müşahidə edildiyini qeyd edib.

"Mədə-bağırsaq şikayətlərinin artmasında istehlak edilən qidaların tərkibi də rol oynayır. Tərkibində yüksək yağ olan qidalar sahur üçün uyğun deyil. Sahur yeməyində 70 faizdən çox karbohidrat istehlak etmək gündüz aclığa səbəb ola bilər. Şirin qidalar daha çox aclıq təsiri göstərir. Səhər saatlarında yüksək yağlı, qızardılmış qidaların istehlakı gün ərzində 1500 milliqramdan çox duz, 1000 Kkal-dan çox yemək və həddindən artıq fiziki aktivlik susuzluğu artırır. Susuzluq və aclığın qarşısını almaq üçün sahurda iki porsiya meyvə-tərəvəz, tam buğda unundan çörək və kifayət qədər maye istehlak edilməlidir. Həddindən artıq şirniyyat yemək, yağın miqdarının 40 qramdan çox olması ağırlıq və şişkinlik hissinə səbəb olur. Qəbizliyin qarşısını almaq üçün lifli qidalar, tam taxıl məhsulları, çoxlu maye, meyvə və salat istehlak edilməlidir", - mütəxəssis qeyd edib.

İftarda yüksək həcmli qida qəbulunun mədə-bağırsaqla bağlı şikayətləri artırdığına diqqət çəkən Özər buna mədənin boş olduğu müddətdən sonra yağlı qidaların, xüsusilə də 45 qramdan çox yağ istehlakının səbəb olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, Ramazan ayında oruc tutanlarda mədə xorası xəstəliyinə daha çox rast gəlinir:

"Xəstənin əvvəllər mədə şikayətləri varsa, müayinə olunmalı və müalicə edilməlidir. Mədə şikayətləri olanlar xəstəliyinin şiddətinə görə həkimləri tərəfindən tövsiyə olunan antasid dərmanlardan istifadə edə bilərlər. Helikobakter pilori pozitiv xorası olan şəxslərin Ramazandan əvvəl müayinə və müalicəsi tövsiyə olunur. Ülseratif kolit və ya Crohn xəstəliyi kimi iltihablı bağırsaq xəstəliyi olan şəxslərin isə xəstəliyin aktiv dövründə oruc tutmaları tövsiyə edilmir. Ancaq dərmanlarını mütəmadi olaraq istifadə etmələri şərtilə xəstəliyin azaldığı dövrlərdə oruc tuta bilərlər", - professor qeyd edib.

Tarix
2021.04.18 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla