Yuxarı

Qatil ana, Xoştərovun naxoş işi və... - Krimxronika

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatil ana, Xoştərovun naxoş işi və... - Krimxronika

Həftənin krimxronikasının acı yekunu və altından qırmızı xətlə çəkiləcək xəbəri Gəncədən gəldi.

Axar.az-ın hazırladığı statistikada iki körpəsini qətlə yetirən ananın qandonduran əməli baş kriminal hadisədir. Belə ki, iyunun 20-də Gəncə sakini Ramal Əliyevin arvadı iki azyaşlı övladını bıçaqlayıb. Biri ölüb, digərinin isə ağır vəziyyətdə olduğu bildirilir. Uşaqların doğma anası olan Sədaqət cinayəti etiraf edib. Hələlik səbəbi açıqlanmayıb.

***

Bakıda da qətl hadisəsi baş verib. Hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Ağdam rayonundan məcburi köçkün olan 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən M. Xoştərov tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakıda 16 yaşlı qız isə özünü dənizə atıb. Gecə saat 01 radələrində Beyləqan rayonu, Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub. İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb. Faktla bağlı araşdırmalar aparılır.

Tarix
2015.06.22 / 00:13
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla