Yuxarı

Oyunların departament rəisindən nazirə məktub

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyunların departament rəisindən nazirə məktub

London Olimpiadası Təşkilat Komitəsi Tibbi Xidmətlərinin sabiq rəhbəri və I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Dr. Pamela Venninq Oyunların keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, bununla bağlı Dr. Pamela Venninq Səhiyyə Nazirliyinə məktub ünvanlayıb.

"Hörmətli cənab Nazir, zaman gəldi ki, mən artıq Bakını tərk edir və Birləşmiş Krallığa qayıtmalıyam. Mən Avropa Oyunlarının yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində, planlaşdırma və fəaliyyətə, həmçinin inanılmaz əməkdaşlıq nümunəsinə görə Sizə və Sizin rəhbərlik etdiyiniz komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm.

Səhiyyə Nazirliyi Avropa Oyunları Tibbi Xidmətlər Standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirmişdir. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışmışsınız. Təcili və Təxirəsalınmaz Yardım və Hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi.

Bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istərdim. Onlar, böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəlmiş və işin müvəffəqiyyətinə əmin olaraq bütün nəzarəti öz üzərilərinə götürmüşdürlər. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir. Bu komanda öz növbəsində peşəkar işləri ilə həkimləri, tibb bacılarını və tibb tələbələrini ruhlandırmış və onlara ilham vermişdir.

Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcəkdir və mən böyük maraqla bunları izləyəcəyəm.

Hədsiz qürur hissi ilə deyirəm ki, Sizinlə və Sizin Komanda ilə çalışmaq mənə nəsib olmuşdur".

Tarix
2015.06.30 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla