Yuxarı

Bu içkilər koronadan sağalmağa kömək edir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu içkilər koronadan sağalmağa kömək edir

Yeni növ koronavirusa yoluxduqda bəzi içkilər orqanizmin sağalmasına kömək edir. Lakin bir sıra içkilər var ki, onlardan müvəqqəti olaraq imtina etmək məsləhət görülür.

Axar.az xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova bu barədə deyib:

“COVİD və onun əleyhinə qəbul edilən dərmanlar orqanizmdə sərbəst radikalların əmələ gəlməsinə müəyyən qədər zərərli təsir göstərir. Ancaq maye qəbulu sərbəst radikalların orqanizmdən çıxmasına və koronadan tez sağalmağa kömək edir. Koronavirus infeksiyasından qorunmaq üçün maye qəbulunu artırmaqla xəstəliyə yoluxma riskini nisbətən azaltmaq mümkündür” .

Həkim-endokrinoloqun dediyinə görə, evdə hazırlanan içkilər və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir. Lakin xəstəliklə mübarizədə bədənin təmizləmə funksiyasıni yerinə yetirən əsas maye sudur:

“Maye qəbul edilməsi deyəndə təkcə suyun qəbulu nəzərdə tutulmur. Sudan başqa gün ərzində tünd içkilər, qəhvə, çaylar, müxtəlif qazlı içkilər və kompotlar da içilir. Koronaviruslu xəstələrin ya adi sudan, ya da müxtəlif bitki dəmləmələrindən istifadə etməsi məsləhət görülür. Aparılan araşdırmalara görə, tünd içkilər - qəhvə və çay xəstəlik zamanı mənfi təsir göstərir”.

Orqanizmdəki suyun bir hissəsini itirmək öz mənfi təsirini dərhal göstərir. Belə hallarda insan su içmədikdə vəziyyəti daha da pisləşə bilər. Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından maye olaraq qəbul edilən suyun əhəmiyyəti çox böyükdür.

Tarix
2022.02.13 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla