Yuxarı

Sağlamlıq üçün təhlükəli məktəbli geyimləri satılır - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində başqasının əmtəə nişanı vurulmuş məktəbli formaları satan mağazalar aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə şikayət məktubu daxil olub.

Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən "Pompey" və Nizami Gəncəvi küçəsində yerləşən "Karvan" ticarət mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində "Ucuzluq" mağazasında, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı adıçəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və "Bakı Tikiş Evi" ASC-nin adına qeydiyyata alınmış"BTE" əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.

Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir.

Tarix
2015.09.04 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla