Yuxarı

Nazirliyin müzakirəsində: Ana və uşaq ölümü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi ana və uşaq ölümlərini azaltmaq məqsədilə hamiləlik və mamalıq məsələlərinə həsr olunmuş seminar keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir. Görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası ilə birgə bu mövzuda 2 gün davam edən seminar təşkil edib.

Seminarda Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğuş evləri, xəstəxanalarının doğum şöbələrinin rəhbərləri və multidistiplinar komandaları iştirak edib. Məqsəd mamalıq praktikasında kritik hadisələrin, ana və uşaq sağlamlığının mühafizəsi sahəsində mütəxəssislərin potensialının gücləndirilməsidir.

Seminar ÜST-nin dəvət olunmuş beynəlxalq təlimçiləri Gelmüs Şüpşinskas və Kanat Suxanberdiyev tərəfindən keçirilib.

Tarix
2015.10.09 / 19:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla