Yuxarı

Ölkədə hemofiliyalı xəstələrin sayı artır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1500-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.

Bu barədə Nazirlər Kabinetindən Trend-ə verilən məlumatda bildirilib.

Bildirilib ki, hemofiliya xəstəliyi insan qanında bəzi laxtalanma faktorlarının (VIII və IX faktorlar) irsən çatışmazlığı nəticəsində əmələ gəlir. Hemofiliya irsi qan xəstəliyi olaraq ana tərəfindən ötürülür və əsasən oğlan uşaqlarında özünü büruzə verir.

Hemofiliyalı xəstələrə mütəmadi olaraq laxtalanma faktorları vurulmadıqda dəfələrlə baş verən qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.

Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm işlər görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli 224 nömrəli qərarı ilə təsdiq edilmiş "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqinə imkan verib. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzadılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub.

Göstərilən Tədbirlər Proqramı çərçivəsində bir neçə hemofiliyalı xəstəyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatları aparılmışdır. İrsi qan xəstəliklərindən, o cümlədən hemofiliyadan əziyyət çəkən xəstələrə tibbi yardımın yaxınlaşdırılması məqsədi ilə rayonlarda hematoloji kabinetlər təşkil olunub.

Hemofiliyalı xəstələrin qeydiyyatını aparmaq, onların məlumat bazasını yaratmaq məqsədi ilə xəstələrin registri tərtib olunmuşdur ki, bu da dərman preparatlarının istifadəsinə nəzarətin həyata keçirilməsində və xəstələrə göstərilən tibbi yardımın qiymətləndirilməsində mühüm rol oynayır.

Eyni zamanda, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi, faktor preparatları ilə müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, xəstələrə ilkin yardımın yerlərdə göstərilməsinin təşkili, kiçik yaşlı uşaqlarda birincili profilaktikanın təkmilləşdirilməsi, artropatiyaların cərrahi müalicə üsullarının tətbiqi istiqamətində tədbirlərin davam etdirilməsinə ehtiyac vardır.

Tarix
2016.01.31 / 12:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla