Yuxarı

“Turalı ölməyə qoymayın…” - Müraciət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı sakini Tural Salmanov Səhiyyə Nazirliyindən müalicəsi üçün göstərilən qayğını başqa əlaqədar qurumlardan və xeyirxah insanlardan da gözləyir. Goranboyda yaşayan məcburi köçkün uzun illərdir qaraciyərində və dalağındakı xəstəliklərdən əziyyət çəkir.

Axar.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin göstərişi ilə Xocalı, Gəncə və Bakı xəstəxanalarında onun müalicəsi davam etdirilib.

Həmçinin, "Medikal Hospital" onun müayinələrini təmənnasız üzərinə götürüb. Amma Turalın vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlərin rəyinə görə, ona təcili qaraciyər köçürülməlidir.

Amma küçə süpürməklə dolanan ailəsinin Turalı davamlı müalicə etdirməsi, ona qaraciyər köçürülməsinə pul xərcləməsi imkanları xaricindədir. Ailəsi Səhiyyə Nazirliyinin və əlaqəli qurumların bu məsələni də öz nəzarətinə götürəcəyinə, xeyirxah insanların maddi dəstək göstərəcəyinə inanır.

Turalın ailəsi Səhiyyə naziri Oqtay Şirəliyevə, dövlət orqanlarına və xalqa müraciət edərək onsuz da sayı az qalmış Xocalı sakinlərindən daha birinin həyatdan vaxtsız getməsinə imkan verməməyə çağırır. Bu ailəyə kömək etmək istəyənlər Goranboy rayonu, Qaçqınlar qəsəbəsi, 1-ci bina, 4-cü blok, mənzil 56 ünvanına baş çəkə və yaxud 055 737 12 31 mobil nömrəsi ilə əlaqə saxlaya bilər.

Tarix
2016.02.03 / 17:21
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla