Yuxarı

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlıq və yeniyetməlik dövründə smartfondan, sosial mediadan istifadə edənlərin 23 yaşına çatdıqda paranoya, şizofreniya, halüsinasiyalarla üzləşmə ehtimallarının çox olduğunu müəyyən ediblər.

Tədqiqatçıların fikrincə, texnologiyanın özü əslində problemin səbəbi olmaya bilər. Belə ki, uşağın bu cihazlara aludə olması onun onsuz da ruhi xəstəliklərə qarşı həssas olduğuna dair xəbərdarlıq hesab edilməlidir.

"JAMA Psychiatry" jurnalında dərc edilən araşdırmanı həyata keçirən komanda bildirib:

“Smartfon, internet və sosial media asılılığı ilə psixi sağlamlıq problemləri, valideynlərin psixi sağlamlıq problemləri, təklik, zorakılıq və valideyn-uşaq münasibətlərindəki problemlər arasında əlaqə var".

Tədqiqatçılar, həmçinin xəbərdarlıq ediblər ki, aludə olan yeniyetmələri birdən-birə ekranlardan məhrum olmağa məcbur etmək nəticə verməyəcək, bu, hətta daha pis nəticələrə səbəb ola bilər. Sonradan kompüterdən istifadəni əhəmiyyətli dərəcədə azaldanların (digər şəxsi təcrübələr nəzərə alınmaqla) belə yetkinlik dövründə daha tez-tez psixotik təcrübələr yaşadıqları anlaşılıb.

Həmçinin qeyd olunub ki, depressiya video oyun aludəçiliyi və ya televizor asılılığından daha çox internetdən istifadə ilə əlaqəlidir. Texnologiyanı günahlandırmazdan əvvəl uşaq və ya yeniyetmənin niyə aludə olduğunu düşünmək tövsiyə olunub.

Oksford Universitetindən Dr. Simona vurğulayıb ki, yeniyetməlik dövründə yüksək rəqəmsal texnologiyadan istifadə səbəb olmaqdan çox, sonrakı psixi sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.

O, həmçinin mütəxəssislərin rəqəmsal texnologiyanı bütün müasir problemlərin kök səbəbi kimi görməkdən uzaqlaşdıqlarını söyləyib:

“Uşağın və ya yeniyetmənin yaşadığı şərait çox vaxt həm mediadan istifadənin artmasının, həm də psixi sağlamlıq problemlərinin əsasını qoyur”.

Qeyd edək ki, tədqiqat 1997-1998-ci il təvəllüdlü 2 120 kanadalının media vərdişləri və psixotik təcrübələri əsasında aparılıb.

Tarix
2024.04.17 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla