Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq
23:24
Ana səhifə Sağlıq |
Almaniya Avropada ilkə imza atdı
Almaniya Avropada ilk olaraq hermafrodit doğulmuş körpənin cinsiyyətini qeyd edəndə kişi və ya qadın əvəzinə müəyyən olunmamış yazmaq imkanı olacaq.
Bununla da valideynlərin yenicə doğulmuş körpələrinin bir müddət cinsiyyət xanasını doldurulmamış saxlamaq hüququ olacaq. Onlar "F" (qadın) və ya "M" (kişi) xanasının əvəzinə "Х" (müəyyən olunmamış) yaza bilər. Bu qərarın çıxarılmasında əsas məqsəd valideynlərin körpələrinin cinsiyyətini "aydınlaşdırılması" üçün əməliyyata tələsdirməməkdir.
Qeyd edək ki, statistikaya əsasən, dünyada yeni doğulmuş hər 2 mindən bir uşaq hermafrodit doğulur.
Bildirək ki, hermafrodit həm kişi, həm də qadın xüsusiyyətlərini və orqanlarını daşıyan orqanizmə deyilir.
Tarix
2013.11.01 / 10:59
|
Müəllif
Ülkər Cəfərova
|