Yuxarı

Piylənmənin səbəbləri və fəsadları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün piylənmə bir çox insanların problemidir və bundan canlarını qurtarmaq üçün bir sıra üsullardan istifadə edirlər. Ancaq piylənməni yaradan səbəbləri bir çox insanlar nəzərə almır.

Məsələyə münasibət bildirən həkim-dietoloq Nərgiz Nəzirova Trend-ə deyib ki, əgər əvvəllər piylənmə orta yaşlı nəsildən başlayırdısa, indi piylənmə gənc yaşlardan da başlayır.

Onun sözlərinə görə, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb:

"Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Deyirlər ki, "əvvəllər babalarımız bir qoyun yeyirdi, kökəlmirdi". Bəli, doğrudur. Əvvəl çox kalorili yeməklər yeyirdilər, ancaq kökəlmə yox idi. Ona görə ki, indi əlavə qidalar çoxdur - əlavə souslar, ziyanlı qazlı içkilər".

Həkim-dietoloq deyib ki, piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir:

"İndi demək olar ki, bir ailədə bir neçə maşın var. Avtomobillə işə gedib-gəlirlər, yəni çox az hərəkət edirlər. İşdə oturaq vəziyyət, evdə oturaq vəziyyət. Ona görə də hərəkətsizlikdən piylənmə əmələ gəlir. Stressin də rolu var. Elə orqanizm var ki, stress keçirdikdən sonra arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".

N.Nəzirova əlavə edib ki, piylənmə insan orqanizminə çox böyük ziyan vurur: "Birinci növbədə daxili orqanlar piylənməyə başlayır. Nəticədə onurğa problemləri, protruziya, yırtıqlar yaranır, damarların varikoz genişlənməsi başlayır. Artıq çəki insan üçün çox problemlər yaradır. Köklük, eyni zamanda insana edilən tibbi müalicənin effektini aşağı salır. Ona görə də bir çox müalicələrdə insan əvvəlcə arıqlamalı, sonra müalicə olunmalıdır. Çünki bədəndə olan piy müalicənin effektini xeyli aşağı salır".

Tarix
2016.04.25 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla