Yuxarı

Van Damm kimi filmlərə çəkilmək istəyirəm - Zabit

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Van Damm kimi filmlərə çəkilmək istəyirəm - Zabit

“Quruluş Osman” “Diriliş Ərtoğrul” serialının davamıdır. Osman bəy Ərtoğrulun oğlu kimi davam edir. Onun qurduğu Osmanlı dövləti 600 il mövcud olub.

Kult.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur “Quruluş Osman” serialında çəkilən azərbaycanlı kikboksçu Zabit Səmədov deyib.

O, verdiyi müsahibəsində serialda oynadığı Gəncə bəy obrazından danışıb:

“Məmnunam ki, belə bir real tarixi olan serialda yer alıram. Gəncə bəy obrazı prodüser Mehmet Bozdağ tərəfindən yaradılıb, bu adı o fikirləşib. Addan da göründüyü kimi, bu qəhrəman Qafqazdan, Qarabağdan gəlib:

"Azərbaycanda Gəncə şəhəri var. Keçmişdə Gəncə xanlığı da olub. Mehmet Bozdağa bu ad üçün təşəkkür edirəm və mən bu obrazla Azərbaycan xalqını təmsil edirəm. Əlbəttə, hamımız türkük. Biz bir millət, iki dövlətik”.

Səmədov “Bozdağ prodakşn”ın istehsalı olan filmin heyəti ilə dostluq etdiyini bildirib:

“Hamı ilə yaxşı anlaşıram. Mən baş qəhrəman Burak Özçivit və digərləri ilə şəbəkədən kənarda da dostluq edirəm. Bir gün Burak Çelik və Çağrı ilə parkda gəzərkən, bir adam bizə dedi ki, siz gerçək həyatda da bir-birinizdən ayrıla bilmirsiniz (gülür).

Yumruq-təpik hər zaman mənimlədir, amma qılınc da olsa, pis olmazdı. Heç olmasa, xəncər olsun (gülür)”.

Zabit Səmədov idmançı karyerasını bitirdikdən sonra belçikalı aktyor Jan-Klod Van Damm kimi ancaq film səhnəsində olmaq istədiyini vurğulayıb:

“Mənim yubiley döyüşlərim yaxınlaşıb. 1-2 döyüşdən sonra karyeramı bitirəcəyəm. Artıq 37 yaşım olacaq. Karyeramı filmlərlə davam etdirmək istəyirəm. Ona görə də Jan-Klod Van Damm kimi bu işə girdim. Düzdür, o elə də güclü idmançı olmayıb, amma filmləri gözəl olub. Mən də onun kimi filmlərə çəkilmək istəyirəm”.

Tarix
2021.03.07 / 00:19
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla