Yuxarı

Bəzi kinofestivallar filmlərimizdən imtina edir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi kinofestivallar filmlərimizdən imtina edir

Bəzi kinofestivallar açıq şəkildə yazırlar ki, biz Azərbaycan filmini heç göstərmək istəmirik.

Kult.az xəbər verir ki, bunu bir çox festivallada filmləri ilə uğur qazanmış kinorejissor Asif Rüstəmov "Azərbaycan Kinosu-125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, hər zaman festivallarda konyuktura ilə rastlaşıb:

"Amma filminiz doğrudan da yaxşı filmdirsə, əsl istedada heç nə maneə deyil. Ona əngəl yoxdur. Təbii, konyuktura və klişələrlə film çəkəndə işlər daha rahatlaşır, amma yenə deyirəm ki, uğur üçün bu şərt deyil.

Bu forumda gəncləri çox tənqid etdilər. Az qala elə fikir formalaşdı ki, Azərbaycan kinosunun ən böyük problemi gənclərdir".

Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.

Tarix
2023.04.20 / 16:59
Müəllif
Kult.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla