Yuxarı

Britaniya səfirliyinin rusca altyazılı filmləri

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya səfirliyinin rusca altyazılı filmləri

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nizami" Kino Mərkəzi ilə birlikdə ölkəmizdə II Britaniya Film Baharı festivalı keçirəcək.

Axar.az xəbər verir ki, bu gündən başlayacaq festival aprelin 30-na qədər davam edəcək.

Festival Kolm Toybinin eyniadlı romanı əsasında çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan "Bruklin" tarixi dramının premyerası ilə açılacaq. Hadisələri 1952-ci ildə cərəyan edən film gənc irland qadının Bruklinə immiqrasiya etməsindən və burada ani bir məhəbbət macərası yaşamasından bəhs edir. Çox keçmir ki, o, vətəninə qayıtmalı olur. Burada yeni bir eşqə düşür və iki qitə və kişi arasında dramatik seçim qarşısında qalır. Film bu il üç kateqoriya üzrə Oskar mükafatına namizəd göstərilib.

Bu il festival çərçivəsində 6 film nümayiş olunacaq. Bu filmlər arasında Kolm Toybinin romanı əsasında çəkilmiş "Bruklin", baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi kimi festival hitlərinin adını çəkmək olar.

Festivalın proqramı belədir:

25 aprel 20:00 - "Bruklin"

26 aprel 14:30 - "Furqondakı ledi"

26 aprel 18:30 - "Mister Homs"

27 aprel 14:30 - "Lobster"

27 aprel 18:30 - "45 il"

28 aprel 14:30 - "Mister Homs"

28 aprel 18:30 - "Mənə qulaq as Marlon"

29 aprel 18:30 - "Bruklin"

30 aprel 14:30 - "45 il"

Festivalda göstəriləcək filmlər "Nizami" Kino Mərkəzində rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək. Biletlərin qiyməti 2 manatdır.

Tarix
2016.04.25 / 18:01
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla