Yorğunluqdan çıxmaq üçün 8 saatlıq yuxu azdır
01:56
                | Ana səhifə Planet | 
            
             | 
    
    
Bu gün səhər saatlarında Nepalda Yalung Ri Himal dağının baza düşərgəsi yaxınlığında qar uçqunu nəticəsində əcnəbi alpinistlər və nepallı bələdçilər də daxil olmaqla, 15 nəfər itkin düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Kathmandu Post” yerli polis idarəsinə istinadla məlumat yayıb.
“Dolma Kxanq zirvəsinə qalxmağa cəhd edən həm nepallı, həm də əcnəbi alpinistlərdən ibarət qrup səhər saat 9 radələrində qar uçqunu baş vermiş əraziyə gəlib. Onların vəziyyəti naməlum olaraq qalır”, - deyə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
Polisin məlumatına görə, axtarış-xilasetmə işləri davam edir. İtkin düşən alpinistlərin və bələdçilərin axtarışı üçün əraziyə helikopterlər göndərilib.
| 
             Tarix 
            2025.11.03 / 20:34 
         | 
        
             Müəllif 
            Axar.az  
         |