Yuxarı

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, nümayəndə heyətinə "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və idarə heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.

Söhbət zamanı Prezident İlham Əliyevlə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətinin əvvəlki görüşləri məmnunluqla xatırlandı.

Qonaqlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğuladı. Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin yeni mərhələyə keçdiyini bildirən Prezident İlham Əliyev bu ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı mühüm sənədlərin imzalandığını xatırladı.

Qonaqlar Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata almasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirərək, bu kilsənin Bakı ofisinin açılışında iştirak edəcəklərini dedilər və bunu ölkəmizdə bütün dinlərin nümayəndələrinə göstərilən qayğının təcəssümü kimi qiymətləndirdilər.

Görüşdə Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərdən söhbət açıldı, bu istiqamətdə ölkəmizdə bir çox mühüm beynəlxalq tədbirin təşkil edildiyi vurğulandı.

Tolerantlığın xalqımızın həyat tərzi olduğu bildirildi, tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi dinc və sülh şəraitində yaşadığı qeyd edildi.

Tarix
2025.11.13 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla