Yuxarı

Bayram Beqay Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram Beqay Azərbaycana gəlir

Albaniya Prezidenti Bayram Beqay martın 12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Albaniya dövlətinin başçısı beynəlxalq gündəliyin aktual məsələlərinə həsr olunmuş müzakirələrdə iştirak edəcək.

Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmiləri və beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərin müzakirəsi üçün bir araya gətirir.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır. 2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.

Tarix
2026.02.28 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla