Yuxarı

Tokayev İranın Naxçıvana hücumunu pislədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev İranın Naxçıvana hücumunu pislədi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev İranın Naxçıvana hücumunu pisləyib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat verib.

"İranın PUA ilə Naxçıvan şəhərindəki hava limanına hücumu ilə əlaqədar Prezident Qasım-Jomart Tokayev mövqeyini açıqlayıb. Qardaş və müttəfiq Azərbaycana qarşı törədilən bu aktı qətiyyətlə pisləyir", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tokayev eyni zamanda hadisənin İranla birgə hərtərəfli araşdırılacağına, həmçinin regionda gərginliyin artmasının qarşısını almaq üçün münaqişəli vəziyyətin diplomatik vasitələrlə tənzimlənməsinə ümid etdiyini bildirib.

Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Tarix
2026.03.05 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla