Yuxarı

Naxçıvana hücum: Azərbaycanın "günahı" odur ki... - Edi Rama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana hücum: Azərbaycanın "günahı" odur ki... - Edi Rama

Naxçıvanda mülki infrastruktura qarşı yönəlmiş hücum İranın yolverilməz təcavüz aktıdır.

Axar.az xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama X sosial şəbəkəsində yazıb.

"Azərbaycan ərazisinə hücum, Naxçıvanda mülki infrastrukturun hədəfə alınması və dinc sakinlərin yaralanması İranın qonşu ölkələrə qarşı növbəti ciddi və yolverilməz təcavüz aktıdır. Bu ölkələrin yeganə "cinayəti" ondan ibarətdir ki, onlar dünyaya öz inkişafını, firavanlığını və açıqlığını nümayiş etdirərək, vətəndaşlarının həyatını yaxşılaşdırır, şeytani rejimi altında olan İranı daha da qaranlıq və kor edir", - o yazıb.

O qeyd edib ki, Azərbaycan Albaniyanın dəyərli dostu və müttəfiqidir.

Edi Rama vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlərdə mənasız hücumlara məruz qalmış digər ölkələrin xalqları yalnız hörmətə və təhlükəsizliyə layiqdir.

Onun sözlərinə görə, Tehrandakı cani rejimin dinc əhalini terrora məruz qoymaq cədləri pislənməlidir.

Albaniyanın Baş naziri dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırıb:

"Digər ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda, təcavüz ilə terrorizm arasındakı sərhəd itir. Məhz buna görə də sabitliyə, qaydalara əsaslanan beynəlxalq nizama və dinc yaşayışa inanan bütün dövlətlər, qurumlar üçün zorakılıq və qorxu yayan rejimdən sadəcə uzaqlaşmaq yox, həm də onun əslində nə olduğu barədə razılığa gəlməyin vaxtı çatıb - Terror Dövləti".

O qeyd edib ki, Albaniya Azərbaycanı, onun rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir.

"Bundan sonrakı yol aydın olmalıdır: təcavüz aradan qalxmalı, təcavüzkarlar isə birmənalı şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarı olanların artan birliyi ilə üzləşməlidir", - o əlavə edib.

Tarix
2026.03.05 / 21:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla