Yuxarı

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

10 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri barədə məlumat verilib.

Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsində bir-birini dəstəklədiyi məmnunluqla bildirilib.

Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin faydalı olduğu diqqətə çatdırılıb.

Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Tarix
2026.03.10 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla