Yuxarı

Bu səfər AB-nin ölkəmizə verdiyi önəmin ifadəsidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu səfər AB-nin ölkəmizə verdiyi önəmin ifadəsidir

Azərbaycan Avropa Birliyi (AB) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa Birliyi arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, AB-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda müşahidə edilən geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də bir sıra yeniliklərə səbəb olmaqdadır:

"Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də vacib rol oynayır. Martın 11-də Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri AB-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. Nəzərə alaq ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi AB üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Avropa Birliyinin bir sıra üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb:

"Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa Birliyi arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. A.Koştanın Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı vurğuladığı kimi, Avropa Birliyi bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Dövlətimizin başçısı vurğulayıb: “Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa Birliyinin 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”.

AB Şurasının Prezidenti A.Koşta da Azərbaycanı Avropa Birliyinin əsas tərəfdaşı adlandıraraq deyib: “Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Avropa Birliyi bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir”. A.Koştanın Prezident İlham Əliyevə xitabən “Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür” fikri isə dövlətimizin başçısının dünya miqyasında nə qədər güclü lider olduğunu təsdiqləyir.

Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevlə A.Koşta Cənubi Qafqazda vəziyyət və sülh prosesi barədə də fikirlərini ifadə ediblər. A.Koştanın “Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir” sözləri qalib dövlətimizin dünyada artan gücünün və qüdrətinin ifadəsidir.

Beləliklə, nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu amil ölkəmizə iqtisadi gəlirlər gətirməklə yanaşı, mühüm siyasi dividendlər də qazandırır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Qazanılan nailiyyətlər isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək".

Tarix
2026.03.12 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır

Ermənistanda ev alan azərbaycanlılar... - Rəsmi

Bakıda mühüm forum başladı: Prezident çıxış etdi - Foto

Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq

Sülhdən daha yaxşı heç nə yoxdur - Prezident

ABŞ-ın hücumu: İran hökuməti çökmür...

Bu fotodan dəqiqələr sonra Şuşa əməliyyatı başladı - Faktlar

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!

Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla