Yuxarı

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Dünən Türkiyənin “Sözçü” kanalında yayımlanan proqramda aparcı Sərdar Cebe iddia edir ki, İran müharibəsində Trampın masasına “Azərbaycan variantı” qoyulub. İrana cənubdan quru əməliyyatının keçirilməsi planı baş tutmayan ABŞ şimaldan – Azərbaycandan müdaxilə variantı üzərində düşünür.

Adətən müharibə planı ilə bağlı məlumatlar beynəlxalq mediada ortaya çıxır. Belə bir məlumat, iddia, yaxud fikir nə beynəlxalq, nə də ABŞ mediasında var. “Sözçü” isə “Trampın masasına qoyulan Azərbaycan variantını” özlərinin əldə etdiyi iddiasındadır. Bu məqam iddianın təkcə doğru olmadığını göstərmir, həm də Azərbaycana qarşı məqsədyönlü şəkildə ortaya atıldığını deməyə əsas verir.

İddianın davamında qeyd edirlər ki, “müharibədən öncə Azərbaycana hərbi qüvvələrin toplandığı” xəbərləri yayılmışdı. Belə bir məlumat olmayıb, əksinə, Vensin regiona səfəri zamanı ABŞ-dan Ermənistana hərbi yüklərin daşındığı deyilirdi. “Sözçü”nün diqqəti Ermənistanın yox, məhz Azərbaycanın üzərinə çəkməsi də Bakıya qarşı davamlı təbliğatın tərkib hissəsidir.

Bu cür iddialar İran müharibəsində Azərbaycanın hədəf göstərilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Sözçü TV və “Sözçü” qəzeti Ərdoğan iqtidarına qarşı sərt müxalifətdədir.

Tarix
2026.03.12 / 21:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla