Yuxarı

Putindən Trampa dostluq mesajı – Hiyləgər gediş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Obamanı Rusiyaya dəvət etməklə çox hiyləgər gediş edib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. Ekspert Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində Obama ilə ayaqüstü söhbət edən Putinin Ağ Ev sahibini Rusiyaya dəvət etməsini belə izah edib:

"Obama təxminən iki ay sonra Ağ Evi tərk edir. Eyni zamanda, Putinin Obama ilə arası yoxdur, imkan düşən kimi onun ünvanına mesajlar, açıqlamalar göndərir, onu heç bir vədini yerinə yetirməməkdə ittiham edir. Ancaq Putin Obamanı Rusiyaya dəvət etməklə, çox hiyləgər gediş edib. Aydındır ki, Obama Moskvaya səfər etməyəcək, bu, onun prinsiplərinə zidd olardı. Ortada Ukrayna və Suriya kimi anlaşmazlıqlar var. Sadəcə, Putin rəqibinin onsuz da Moskvaya gəlməyəcəyini bilərək, əslində, bu yolla Ağ Evin gələcək sahibi Donald Trampa mesaj göndərir".

Qeyd edək ki, Perunun paytaxtı Limada başa çatan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEK) sammiti çərçivəsində Barak Obama ilə Vladimir Putin arasında qısa görüş olub. Putin amerikalı həmkarını Rusiyaya dəvət edib.

Tarix
2016.11.21 / 16:16
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla