Yuxarı

Prezident yeni medalın əsasnaməsini təsdiq etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında əsasnamə Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli Qanunu ilə təsdiq edilib.

Axar.az xəbər verir ki, əsasnaməyə görə, Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər.

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.

Medalın ümumi təsviri Azərbaycan Respublikasının “Şücaətə görə” medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca “ŞÜCAƏTƏ GÖRƏ” sözləri yazılıb.

Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilib.

Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilib. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilib.

Bütün yazılar və elementlər relyeflidir.

Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÜCAƏTƏ GÖRƏ” MEDALI” sözləri yazılıb.

Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunub.

Bütün yazılar relyeflidir.

Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi var.

Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Tarix
2016.12.08 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla