Yuxarı

Artur Rasizadə Gürcüstanın müdafiə naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, yeni hökumətin tərkibində yüksək vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edən Baş nazir Artur Rasizadə Azərbaycanla Gürcüstan arasında bütün sferalarda, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli faydalı münasibətlərin daim inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Ölkələr arasında iqtisadi-ticarət və humanitar əlaqələrin mövcudluğunu yüksək qiymətləndirən Baş nazir xüsusən energetika və nəqliyyat sahələrində Gürcüstanla irimiqyaslı beynəlxalq layihələrdə birgə fəaliyyətin səmərəliliyini qeyd edib. Baş nazir hərbi əməkdaşlıq istiqamətində də oxşar qurumlar arasında münasibətlərin daim inkişaf etdirilməsinin müasir şəraitdə mühümlüyünə diqqəti yönəldib.

Yeni vəzifədə ölkəmizə ilk rəsmi səfərindən məmnun qaldığını bildirən Gürcüstanın müdafiə naziri Levan İzoria Gürcüstan hökuməti rəhbərliyinin salamlarını Azərbaycanın Baş nazirinə çatdırıb. Bakıda keçirdiyi görüşlər barədə Baş nazirə ətraflı məlumat verən qonaq xüsusilə 2017-ci il üçün müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planının önəmini qeyd edib, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinə böyük ehtiyac olduğunu deyib. Gürcüstanın müdafiə naziri səfər müddətində nümayəndə heyətinə göstərilən yüksək diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.12.16 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla