Yuxarı

Rusiya: "Qarabağın həllində Avstriya ilə..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib.

A. Lukaşeviç Avstriya xarici işlər naziri Sebastian Kurzun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib: "Bu həssas və kövrək prosesdə “Hippokrat qanunu”na (“zərər vurma”) riayət etmək və üç əsas prinsipi xatırlamaq vacibdir: münaqişələr sülh yolu ilə, tərəflərin bilavasitə iştirakı və maraqlarının qorunması şərtilə, eləcə də mövcud formatlar çərçivəsində həll olunmalıdır. Biz Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırıq”.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Avstriyanın sədrliyi dövründə təşkilatdan gözləntilərini də açıqlayıb: "Avstriyadan sədrliyi dövründə transmilli təhdidlərə qarşı ATƏT qərarlarına müvafiq olaraq mübarizə səylərinin gücləndirilməsini gözləyirik. Sözsüz ki, terrorla mübarizə prioritet olmalıdır”.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.

Tarix
2017.01.13 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla