Yuxarı

Rusiya-Türkiyə memorandumuna ABŞ-dan reaksiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı əməliyyatlar zamanı uçuş təhlükəsizliyinin təmin edilməsi, habelə xoşagəlməz olayların qarşısının alınması üçün Rusiya və Türkiyə arasında imzalanan memorandumu məmnuniyyətlə qarşıladıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə nazirinin müavini Elissa Slotkin deyib.

“Xəbəri gördüyüm an sevindim. Çünki əldə olunan razılığın təhlükəsizlik məsələləri ilə bağlı nə qədər önəmli olduğunu düşünürəm”, - Slotkin bildirib.

ABŞ rəsmisi Vaşinqton-Moskva arasında da bənzər razılaşmanın uğurla tətbiq edildiyini vurğulayıb:

“Yaxın məsafədə hərəkət edirik. Bizim belə bir sistemə ehtiyacımız var idi. Hazırda uğurla davam edir. Daha əvvəl aramızda yaşanan gərginliklərdən də dərs götürmüşük. Əgər ruslar və türklər belə bir razılığa gəliblərsə, olduqca müsbət addımdır”.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalanıb.

Tarix
2017.01.14 / 01:28
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla