Yuxarı

Erməni əsgərlərinin ölümü araşdırılmır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni ordusunda hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin pozulması halları çoxalıb. Orduda ölüm faktları gizlədilir, hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmır və silahdaşını öldürən hərbçilər isə məsuliyyətə cəlb edilmirlər.

Report xəbər verir ki, armlur.am saytının məlumatına görə, bu barədə mütamadə olaraq Ermənistan KİV-də məlumat və informasiyalar dərc edilsə də hüquq mühafizə orqanları yayılan xəbərləri təkzib edirlər.

Məlumatda bildirilir ki, ötən il sentyabrın 7-də Dağlıq Qarabağın Madagiz yaşayış məntəqəsində yerləşən separatçı rejimin hərbi hissəsinin ön xətt mövqelərində erməni əsgəri Arman Qandilyanı öldürən silahdaşı Hayk Seyranyan cinayət məsuliyyətinə cəlb edilmədən təxris edilib.

Ölən hərbi qulluqçunun atası Alik Qandilyan erməni mətbuatına bildirib ki, oğlunu öldürən Hayk Seyranyan günahını etiraf etsə də, ona qarşı cinayət ittihamı irəli sürülməyib: “Müstəntiq və prokuror mənə dedi ki, ölümlə nəticələnən bu hal məqsədyönlü şəkildə törədilmədiyi üçün belə işlər məhkəməyə daxil olmur”.

A.Qandilyan bildirib ki, orduda hərbçilər arasında yüngül xəsarətlə nəticələnən və hərbi məhkəmələrə çıxarılan çox hadisələr baş verir, lakin onun oğlunun ölümünə görə heç kəs məsuliyyətə cəlb olunmur.

Qeyd edək ki, əsgər yoldaşını öldürməkdə günahkar bilinən Hayk Seyranyan hüquq mühafizə orqanlarına bildirib ki, silahdaşı Arman Gandilyanı əks tərəfin əsgəri ilə səhv salaraq AKS tipli silahdan açdığı atəş nəticəsində öldürüb.

Hadisə gecə saat 00:50-də döyüş növbətçiliyi zaman baş verib. Eyni zamanda məlumdur ki, hadisədən bir neçə gün əvvəl öldürülən hərbi qulluqçunun əşyaları əsgər yoldaşları tərəfindən oğurlanıb.

Tarix
2017.02.18 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla