Yuxarı

"O, xalqımız üçün daha böyük işlər görəcək"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehriban Əliyeva Birinci vitse-prezident postunda xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Trend-ə açıqlamasında Mehriban xanım Əliyevanın Azərbaycan xalqı üçün çox böyük işlər gördüyünü qeyd edib:

"Ötən gün Təhlükəsizlik Şurasının iclasında cənab Prezident İlham Əliyev də bu işlərin bir qismi haqqında öz fikirlərini söylədi. Hesab edirəm ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda, bu yüksək vəzifədə xalqımız və dövlətimiz üçün daha böyük işlər görəcək. Mehriban Əliyevanın fəaliyyəti göz qabağındadır, o, həm regionda, həm də dünya səviyyəsində tanınmış, nüfuzlu şəxsdir, Azərbaycana nüfuz gətirən, başucalığı gətirən bir insandır. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, millət vəkili kimi iş keyfiyyətləri hamıya məlumdur".

Birinci vitse-spiker vurğulayıb ki, yeni postda Mehriban Əliyevanın imkanları daha geniş olacaq:

"Hesab edirəm ki, Mehriban xanım Əliyeva icra sistemində, idarəetmə sisteminin möhkəmləndirilməsi işində daha da əzmlə çalışacaq".

Tarix
2017.02.22 / 11:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla