Yuxarı

Ermənilərin xristianlara bu xəyanəti…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir türk dövlətinə Xocalıların məhz türk olduqları üçün soyqırıma məruz qalmaları ilə bağlı müraciət etməli, ermənilərin bu barədə etiraflarını, yazılarını da müraciətə əlavə edib, onları bu soyqırımı tanımağa çağırmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva MM-də Xocalı soyqırımı ilə bağlı qərarın müzakirəsi zamanı ilə çıxışında deyib. Millət vəkili vurğulayıb ki, ermənilərin bu etirafı xristianlara da xəyanətdir.

Millət vəkili Xocalı soyqırımının dünyaya daha geniş şəkildə çatdırılması işini sürətləndirmək üçün bir sıra vacib təkliflərlə də çıxış edib. Bildirib ki, Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması yaxşı olardı:

“Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa, Bakıda soyqırım muzeyi ilə bərabər, Şəhidlər Xiyabanında bir informasiya mərkəzi yaradılması da vacibdir. Bununla ölkəmizə həm rəsmi, həm qeyri-rəsmi, həm də turist kimi gələnlər Şəhidlər Xiyabanını ziyarət etdikləri zaman xarici dilləri bilən və dolğun məlumat verən bələdçilər həmin informasiya mərkəzindən onlara dəstək göstərərək, xarici dillərdə materialları təqdim edərlər. Bakıda Soyqırım muzeyinin yaradılmasına da böyük ehtiyac var”.

Q.Paşayeva Xocalı soyrımını dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyacın olduğunu da bildirib:

“Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq. Bizim də belə bir bədii filmə ehtiyacımız var və bu məsələni qısa zamanda reallaşdırmaq lazımdır. Eyni zamanda, xarici ölkələrdə nə qədər gənclərimiz təhsil alır, diaspor təşkilatlarımız var. Onların bu istiqamətdə lazımi materiallarla təmin edilməsində Diaspor Komitəsinin işləri daha da artırması lazımdır. Çünki onlar Xocalı soyqırımı həqiqətlərinin yayılmasında böyük gücdürlər. Elə etməliyik ki, bu bu mövzu dünyada, sosial mediada ən çox diqqət mərkəzində olan mövzulardan biri olsun”.

Millət vəkili sənəddə Qaradağlı, Bağanis Ayrım və Ağdaban soyqırımlarının, faciələrinin adının da vurğulanmasını təklif edib:

“Ermənilər ilk soyqırımı Qazax rayonu istiqamətində Bağanıs Ayrımda törətmişdilər və bu məsələnin də dünyaya daha geniş çatdırılması lazımdır. Bir sözlə, bu dəhşətli soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün səyləri daha da artırmalıyıq”.

Tarix
2017.02.24 / 15:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla